Özbəkistanlı nazir Rubio ilə Mərkəzi Asiya təhlükəsizlik məsələlərini müzakirə edib

10.04.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçirib, görüş zamanı Mərkəzi Asiya regionunda təhlükəsizlik və sabitlik məsələləri müzakirə edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Saidov "Telegram" kanalında yazıb.

“Biz Özbəkistan və ABŞ arasında strateji tərəfdaşlığın cari dinamikası və gələcək istiqamətləri barədə hərtərəfli fikir mübadiləsi aparmaq üçün ABŞ dövlət katibi Marko Rubio ilə görüşməkdən məmnunuq. Biz siyasi dialoqun gücləndirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, regional əlaqələrin inkişafı, Mərkəzi Asiyada təhlükəsizlik və sabitliyin təmin edilməsi daxil olmaqla geniş spektrli əsas mövzuları müzakirə etdik”, - deyə o qeyd edib.

“Biz ABŞ-ın Özbəkistanda davam edən islahatlara güclü dəstəyini yüksək qiymətləndiririk. Strateji tərəfdaşlıq çərçivəsində yüksək səviyyəli dialoqu və praktiki əməkdaşlığı davam etdirməklə ikitərəfli münasibətlərin müsbət dinamikasını qoruyub saxlamaq barədə razılığa gəldik”, - deyə Özbəkistan diplomatiyasının rəhbəri əlavə edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью