Özbəkistanlı pianoçu: Azərbaycan bəstəkarlarının əsərlərinin dinləmək və müzakirə etməkdə çox maraqlıyam

31.10.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 31 oktyabr, AZƏRTAC

Uzun müddətdir ki, Azərbaycana səfərimi səbirsizliklə gözləyirdim. Təəssüratlarım çox xoşdur.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq İncəsənət Festivalının iştirakçısı özbəkistanlı pianoçu Behzod Abduraimov deyib.

O, festivalın əhəmiyyəti barədə danışarkən söyləyib: “Festivallar dünyanın müxtəlif ölkələrindən gələn sənətçilərlə bir arada olmaq üçün gözəl fürsətdir. Burada keçirdiyimiz iki məşq yaxşı mənada çox tez keçdi, çünki hər şey rahat şəkildə reallaşdı. Azərbaycan bəstəkarlarının əsərlərinin dinləmək və müzakirə etməkdə çox maraqlıyam”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью