Özbəkistanlı professorla görüş: ədəbi əlaqələr yeni mərhələdə

09.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 fevral, AZƏRTAC

Özbəkistanın Əndican Universitetinin Filologiya fakültəsinin dekanı filologiya elmləri doktoru, professor Bahadır Rəhman AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Görüşdə institutun elmi işlər üzrə direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənli Azərbaycan-Özbəkistan əlaqələrinin zəngin tarixə malik olduğunu və müasir dövrdə bu əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. O, Ədəbiyyat İnstitutunda Türk dünyasının fəxri olan Əlişir Nəvaidən başlayaraq müasir dövrə qədər özbək ədəbiyyatının öyrənildiyini, bu barədə çoxsaylı kitab və məqalələrin yazıldığını, hər il konfrans və elmi sessiyaların keçirildiyini bildirib.

İnstitutun baş elmi işçisi filologiya elmləri doktoru, özbəkşünas-alim Yaşar Qasımbəyli Əndican Universiteti ilə Ədəbiyyat İnstitutunun birgə tədbirlər keçirməsinin, ortaq layihələr icra etməsinin faydalı olacağından danışıb.

Professor Bahadır Rəhman Ədəbiyyat İnstitutu ilə Əndican Universitetinin yerinə yetirə biləcəyi ortaq tədqiqatlarla bağlı fikir və düşüncələrini bölüşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью