Özcan Denizdən kişilərə: “Əylənmək bir müalicə formasıdır”

31.08.2026

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli məşhur müğənni Özcan Deniz Şimali Kipr Türk Respublikasında (ŞKTR) verdiyi konsert zamanı maraqlı açıqlaması ilə diqqət çəkib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi konsert zalındakı kişi tamaşaçılara zarafatla səslənərək onları özlərini sıxmamağa və əylənməyə çağırıb.

Özcan Deniz kişilərə rahat olmalarını tövsiyə edib:

“Rahatlayın, özünüzü sərbəst buraxın. Gecənin sonunda ‘Bu gün çox əfəndi idin’ deyə heç kim sizi mükafatlandırmayacaq”.

Müğənni əylənməyin insanın ruh halına müsbət təsir etdiyini də özünəməxsus şəkildə ifadə edib.

“Əylənmək bir müalicə formasıdır. Bu gecəni sağlamlığınıza qoyulan sərmayə kimi düşünün və zövqünü çıxarın”, - Özcan Deniz bildirib.

Sənətçinin konsert zamanı səsləndirdiyi bu fikirlər diqqət çəkib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью