Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin məşhur müğənnisi və aktyoru Özcan Dənizin iki ildir ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində prokurorluqda ifadə verərkən səhhəti barədə danışıb.
O, ürəyində yaranan problemlə əlaqədar mütəmadi olaraq həkim tərəfindən təyin edilmiş dərmanları qəbul etdiyini bildirib.
Saxlanılmasına görə böyük üzüntü keçirdiyini deyən müğənni narkotik vasitələrdən istifadə etmədiyini, onların satışında iştirakının olmadığını vurğulayıb. Sənətçi qan və saç analizlərinin nəticələrinin həqiqəti üzə çıxaracağına əmin olduğunu söyləyərək ittihamları rədd edib.
Qeyd edək ki, 35 ilə yaxındır sənət fəaliyyəti ilə məşğul olan Özcan Dəniz ifadəsində aylıq gəlirinin 500 min lirə olduğunu, adına 7-8 daşınmaz əmlakın və bir avtomobilin qeydiyyatdan keçdiyini də açıqlayıb. O, birjada və investisiya fondlarında hesabının olmadığını bildirib.