Özcanın Bakı konserti təxirə salınıb?

18.02.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ürək spazmı keçirən türkiyəli müğənni və aktyor Özcan Dəniz fevralın 28-də Bakıda konsert proqramı ilə çıxış edəcək.

Müğənninin konsertinin təxirə düşdüyü deyilsə də, təşkilatçı Musavat.com-a açıqlamasında bildirib ki, Özcan Dənizin səhhəti yaxşıdır və konsert fevralın 28-i baş tutacaq.

Qeyd edək ki, sənətçi infarkt keçirməsi ilə bağlı yayılan xəbərlərə sosial media hesabında münasibət bildirib.

O qeyd edib ki, rol aldığı “Qızıl qönçələr” serialının çəkiliş meydançasında ürək spazmı keçirib. Kiçik həkim müdaxiləsindən sonra isə evdə istirahət edir.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью