Özəl bölmədə ideyalar biznesə çevrilir | Icma.az
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Startap ekosistemində reallıqlar və imkanlar Azərbaycanın yeni inkişaf mərhələsində startap ekosistemi xüsusi əhəmiyyət kəsb edir.
Çünki startap ölkənin gələcəyini formalaşdıracaq innovasiya laboratoriyasıdır.
Hazırda dövlətin bu sahəyə diqqəti artır, dəstək mexanizmləri gücləndirilir.
Burada əsas yük maliyyə dəstəyi, investisiya imkanları və vençur fondlarının yaradılması üzərinə düşür.
Dünya təcrübəsi göstərir ki, hər bir uğurlu startapın arxasında güclü bir ekosistem dayanır.
Azərbaycanda da gənclərin ideyalarının biznesə çevrilməsi, texnoloji inkişafın sürətlənməsi, yeni iş yerlərinin açılması məhz belə bir dəstəklə müşayiət olunur.
Dövlətin diqqəti ilə yanaşı, özəl sektorun da təşəbbüskarlığı, risklərə hazır investorların olması vacibdir.
Tam oxu
Xəbəri oxu