Özəl fondlar üçün mütləq şəkildə münbit mühit formalaşdırılmalıdır İqtisadçı

03.12.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu gün ölkədə özəl pensiya fondlarının yaradılması mümkündür. Amma bunun üçün öncə hazırkı qanunvericilik bazasında müəyyən dəyişikliklər edilməlidir”. 

Bunu iqtisadçı ekspert Fuad İbrahimov 525.az-a bildirib. O qeyd edib ki, öncə özəl fondların yaradılması prosesi həyata keçirilməlidir. Ardınca həmin özəl fondlar üçün mütləq şəkildə münbit mühit formalaşdırılmalıdır:

“Pul dövr etməli və qazanc gətirməlidir ki, zamanı gələndə insanların pulu verilə bilsin. Özəl pensiya fondları yaradılarsa, hər bir vətəndaş fəaliyyətini rəsmiləşdirməkdə maraqlı olacaq. “Vətəndaş görsə ki, hökumət pensiya kapitalında yığılmış vəsaiti onun özünə və ya dünyasını dəyişəndən sonra ailəsinə vermə imkanları yaradır, onda çalışacaq ki, fəaliyyətini rəsmiləşdirsin”. 

Sevinc Qarayeva 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью