Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
CHP-də “mütləq etibarsızlıq” qərarından sonra başlayan müzakirələr davam edərkən, partiya qrupunda Özgür Özel bir sıra açıqlamalar verib.
“Cebheinfo.az” xəbər verir ki, Özel Kemal Kılıçdaroğluna növbəti dəfə meydan oxuyub:
"Əgər bu partiyanın üzvüsənsə, bölünmək istəmirsənsə, "Bölünmə olarsa, AK Partiyaya fayda verəcək" deməklə partiyanı bölə biləcək kimi danışma. Bunu açıq deyirəm!
İstər 1 milyon 950 min üzvümüzlə, istər istefa verənləri geri çağırsaq, 2 milyon üzvümüzlə, istərsə də geridə qoyduğunuz 1 milyon 200 min üzvümüzlə olsun, ikimiz də ümumi sədrlik yarışına bütün üzvlərlə qatılaq, uduzan CHP-dən çıxsın! Uduzan siyasətdən getməlidir.
Cənab Kılıçdaroğlu, Siz meydan oxuyursunuz, mən də meydan oxuyuram. Gəlin ikimiz də 2 milyon üzvlə yarışaq! Səslərin 90%-dən azını alsam, siyasətdən gedəcəyəm".
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin