Özəl klinikanın ambulansı qəzaya düşdü VİDEO

04.09.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Biləsuvar rayonunda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Sərdar Səfərov küçəsində qeydə alınıb.

Məlumata görə, çağırış üzrə hərəkətdə olan özəl klinikalardan birinin təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
Hadisə nəticəsində təcili yardım maşınının arxa hissəsi əzilərək yararsız vəziyyətə düşüb. Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qəzanın dəqiq hansı səbəbdən baş verdiyi və xəsarət alanların vəziyyəti ilə bağlı araşdırma aparılır./nocomment.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью