Özəl klinikanın lifti qırıldı

16.12.2024

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən “Avrasiya Hospital”da bədbəxt hadisə baş verib.

"Medicina" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub.

Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью