Icma.az bildirir, Turkstan.az portalına istinadən. Bildiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya və terrorla bağlı
Bundan sonra CHP sədri Özgür Özəl bu həbsə etiraz olaraq xalqı küçələrə çıxmağa çağırdı.
Bəs hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 1999-cu ildə bələdiyyə sədri işlədiyi dövrdə haqsız yerə həbs olunanda nə etmişdi?
Turkustan.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin yazarı Əhməd Hakan yazıb.
O xatırladıb ki, Ərdoğan 26 mart 1999-cu ildə saxlanılaraq 4 ay 10 gün həbsxanada qaldı: “Ərdoğan bələdiyyə sədri vəzifəsində çalışırdı.
Birdən-birə onu vəzifəsindən uzaqlaşdırdılar. O, nə korrupsiyada, nə də terrorçularla əməkdaşlıqda ittiham olunurdu. Bəs günahı nə idi?
Şeir oxumuşdu. Sonra Ərdoğana “siyasi qadağa” qoydular. Bitmədi. Sonra onu həbsxanaya saldılar.
O zaman əhalinin geniş bir hissəsi arasında böyük qəzəb var idi. Reaksiya böyük idi. Amma Ərdoğan heç vaxt xalqı küçələrə çağırmadı.