News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.News24.az müsahibəni təqdim edir:– Özəl pensiya fondlarının yaradılmasının əlavə hansı üstünlükləri olacaq?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırladığını açıqlayıb.
Gözləntilər nədən ibarətdir?– Hazırda özəl pensiya fondlarının formalaşması istiqamətində işlər davam edir.
Bununla bağlı qanun layihəsi Milli Məclisə daxil olduqdan sonra burada incəlikləri araşdırıb detalları haqqında ətraflı danışmaq olar.
Ümumilikdə isə konsepsiyanın yaranması müsbət addımdır. Özəl pensiya fondunun yaranması könüllü sosial sığortanın inkişafına təkan verəcək.
Vətəndaşlara alternativ pensiya xidməti göstərilməsi üçün şərait yaradacaq.– İcbari sosial sığorta sistemində dəyişikliyin edilməsi ehtimalı varmı?– Burada hər hansı bir dəyişiklik olmayacaq.
Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait ödənilməyəcək anlayışı yanlışdır. Bu olmayacaq. Bu sistem könüllü şəkildə fəaliyyət göstərəcək.