Özəl sektorda gəlir vergisi 5 faizə yüksələcək

04.11.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2027-ci ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorunda muzdlu işdən gəlir vergisi dərəcəsinin 3 faizdən 5 faizə artırılması büdcə hesablamalarında nəzərə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsində qeyd edilib.

Sənədə əsasən, gələn il fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə 3 milyard 70 milyon manat daxil olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozundan 690,7 milyon manat və ya 29 faiz çoxdur.

Həmin vəsaitin 2 milyard 758,3 milyon manatının əməkhaqqından tutulan gəlir vergisinin, 311,7 milyon manatının isə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir vergisinin payına düşəcəyi gözlənilir.

Artımın səbəbləri sırasında vergi dərəcəsinin yüksəlməsi ilə yanaşı, orta əməkhaqqının artması və büdcə təşkilatlarında aparılan əməkhaqqı islahatları da göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью