Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ziraat Bank Azərbaycan” ASC 2026-cı ilin III rübü üzrə maliyyə hesabatını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, bankın müştərilərə verdiyi cəmi kredit portfeli 949 milyon manatdan çox olsa da, bunun 48,17 milyon manatını vaxtı keçmiş (problemli) kreditlər təşkil edir. Hesabatın ən mənfi məqamı vaxtı keçmiş kreditlərin 47,51 milyon manatının (98,6%-nin) məhz özəl təsərrüfat cəmiyyətlərinə (biznesə) ait olmasıdır. Sektorlar üzrə vaxtı keçmiş borclar isə belədir: Ticarət sektoru — 16.52 mln manat, Kənd təsərrüfatı — 7.98 mln manat (portfelin 35%-dən çoxu), Sənaye — 6.69 mln manat, Nəqliyyat — 6.16 mln manat, Tikinti — 5.15 mln manat.
Müqayisə üçün, əhaliyə verilən 97,1 milyon manatlıq istehlak kreditləri üzrə vaxtı keçmiş borc cəmi 662 min manat təşkil edir, dövlət şirkətlərinə ayrılan 95,2 milyon manatlıq kredit portfelində isə vaxtı keçmiş borc ümumiyyətlə yoxdur (0.00 AZN). Marqarita pizza
Cəlalə Cəlalqızı