Özəl tibb müəssisələrində onkoloji xidmət ödənişli olacaq

22.01.2026

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Özəl tibb müəssisələrində xidmət, təbii ki, ödənişsiz həyata keçirilməyəcək.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

Şöbə müdiri bildirib ki, eyni zamanda özəl tibb müəssisələri istəsə, könüllü şəkildə bu işi pulsuz həyata keçirə bilər: “Təbii ki, könüllü sığorta sistemi işə düşəcək. Ən əsası isə pasientlər həmin müəssisənin rəhbərliyi ilə müqavilə bağlayaraq qarşılıqlı şəkildə razılıq əsasında müalicə və müayinə həyata keçirə bilər”.

(iqtisadiyyat.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью