Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycanda özəl universitetlər ölkənin müstəqilliyinin bərpa edildiyi dövrdən, konkret olaraq 1991-ci ildə yaranmağa başlayıb.
İlk yaradılan özəl ali təhsil müəssisələri Azərbaycan və Xəzər universitetləri olub. Zaman keçdikcə ölkədə fəaliyyət göstərən özəl ali təhsil ocaqlarının sayı artıb.
Bir neçə il sonra isə tədricən müxtəlif səbəblərlə bağlı bir sıra ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.
"Cebheinfo.az" xəbər verir ki, bağlanan ali təhsil müəssisələrinin sırasında Müstəqil Azərbaycan Universiteti, Azərbaycan Beynəlxalq Universiteti, Azərbaycan İctimai-Siyasi Universiteti, Bakı Asiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı İslam Universiteti, “Naxçıvan” Universiteti, “Təfəkkür” Universiteti, “San Marino” Universiteti, Bakıda Amerika Universiteti və nəhayət, bugünlərdə fəaliyyəti dayandırılan Bakı Qızlar Universiteti var.
Hazırda isə Azərbaycanda 8 özəl ali təhsil ocağı fəaliyyət göstərir. Onlar Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti, “Odlar Yurdu" Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasıdır.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: universitetlər Azərbaycan
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin