Özəl yenidən sədr seçildi

14.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Türkiyədə Özgür Özel yenidən “Yeni Partiya”nın sədri seçildi.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, partiyanın “Türkiyə Yenilənir” şüarı ilə Ankaradakı İdman Sarayında keçirilən qurultayında səs vermə baş tutub.

Qurultayda Partiya Məclisi və Ali İntizam Şurasının üzvlərinin seçkilərinin “blok siyahı” üsulu ilə keçirilməsi səsvermə yolu ilə qəbul edilib.

Başqan seçkilərində namizədlik müraciətlərinin təqdim olunması üçün üzvlərə 30 dəqiqə vaxt verilib. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra heç bir namizədlik müraciəti daxil olmayıb. Beləliklə, hazırkı sədr Özgür Özəl qurultayda yeganə namizəd olub.

Bundan əlavə, fəaliyyət və maliyyə hesabatları, eləcə də qurultayın yekun bəyannaməsi ilə bağlı hesabat müzakirə edilərək yekdilliklə qəbul olunub. Partiyanın yeni baş katibi Yunus Əmrə hesabatı nümayəndələrə oxuyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью