Özəldən kürsüdə təəccüblü açıqlama: Mən bunu qələbə kimi görmürəm

09.06.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

CHP-də məhkəmə qərarından sonra yaranan və günlərlə davam edən rəhbərlik böhranı başa çatıb.

Turkustan.az xəbər verir ki, parlamentdə keçiriləcək qrup iclasına kimin rəhbərlik edəcəyi ilə bağlı mübahisələrə son qoyulub.

Qərara əsasən, CHP sədri Özgür Özəl parlamentdə qrup iclasında çıxış edəcək. Partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlu isə saat 14:00-da CHP-nin qərargahında açıqlama verəcək.

Mövzu ilə bağlı danışan Özəl bildirib ki, bu vəziyyəti şəxsi qələbə kimi qiymətləndirmir. Onun sözlərinə görə, seçilmiş partiya sədrinin parlament kürsüsündən çıxış edə bilməsi Dikmen qapısı önündə toplaşan minlərlə insanın və Türkiyə üzrə milyonlarla vətəndaşın demokratiyaya, vətənə və partiyaya bağlılığının nəticəsidir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью