Özəlin yeni partiyasının adı açıqlandı

05.06.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

CHP-də partiya qurultayı və mandat məsələsi ətrafında müzakirələr davam edərkən, siyasi kulislərdə diqqətçəkən bir iddia gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, iddialara görə, CHP-nin seçkilərdə iştirakının qarşısının alınması ehtimalına qarşı alternativ ssenarilər üzərində iş aparılır və bu çərçivədə yeni siyasi partiyanın yaradılması nəzərdən keçirilir. Həmin partiyanın “İstiqlal Partiyası” adlandırılacağı irəli sürülür.

Partiya daxilində keçmiş sədr Kamal Kılıçdaroğlu ilə CHP sədri Özgür Özəlin komandaları arasında müəyyən səviyyədə dialoq kanallarının açıldığı bildirilir. Məlumata görə, Kılıçdaroğlu görüşlər üçün Mərkəzi İcraiyyə Komitəsinin bir üzvünü və hüquqşünasını, Özgür Özəl isə iki nümayəndəsini müəyyənləşdirib.

Tərəflərin təyin etdiyi nümayəndələrin qarşıdakı dövrdə bir araya gələrək mövcud problemləri və mümkün həll variantlarını müzakirə edəcəkləri qeyd olunur.

Bununla yanaşı, proses ərzində hər iki tərəflə əlaqə saxlayan partiyanın tanınmış simaları Engin Altay, Gürsel Erol və Ali Öztunçun da vasitəçilik səylərini davam etdirdiyi bildirilir.

Lakin kulis məlumatlarına görə, həm Kılıçdaroğlu, həm də Özgür Özələ yaxın düşərgələrdə kompromisə meylli olmayan şəxslər də mövcuddur. Bu səbəbdən tərəflər arasında aparılan dialoqun nəticələrinin necə olacağı hələlik qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, “İstiqlal Partiyası”nın yaradılması ilə bağlı iddialar hələ rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Buna baxmayaraq, CHP daxilindəki proseslər Türkiyə siyasi gündəminin əsas müzakirə mövzularından biri olaraq qalır.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью