Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 144,7 milyon manat ödənilib

21.10.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 144.7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 2025-ci ilin ilk 9 ayı ərzində 38 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 792 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 110.2 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 510-u qeyri-yaşayış, 3176-sı torpaq sahələri üzrə olmaqla 3686 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 34.5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 144.7 milyon manat vəsait daxil olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью