Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 157,4 milyon manat vəsait daxil olub

20.11.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir.

Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində 46 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 929 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu dövrdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 118,8 milyon manat təşkil edib. Həmçinin yanvar-oktyabr ayları ərzində 562-si qeyri-yaşayış, 3610-u torpaq sahələri üzrə olmaqla 4172 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 38,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 157,4 milyon manat vəsait daxil olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью