Özəlləşmə ilə bağlı yeni qanun hazırlanır Nazir

25.11.2024

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi” haqqında yeni qanun layihəsi hazırlanaraq aidiyyəti dövlət strukturlarına təqdim edilib.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ölkədə özəl investisiyaların daha da artırılması, özəlləşdirmənin davam etdirilməsi, ixrac potensialının daha da genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью