Özgür Özəl “Beşiktaş” azarkeşlərinə görə Gürcüstana etiraz ETDİ

27.11.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Yeni Partiyasının başqanı Özgür Özəl Gürcüstanda Fələstinə dəstək pankartı açdıqları üçün saxlanılan “Beşiktaş” azarkeşlərinə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, Özgür Özəl sosial şəbəkə hesabında paylaşım edərək azarkeşlərin Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını qəbuledilməz adlandırıb.

O, Fələstin xalqı ilə həmrəylik nümayiş etdirməyin və zülmə qarşı səs qaldırmağın cinayət olmadığını, əksinə, insanlığın tələbi olduğunu vurğulayıb.

“Dünyanın harasında olursa olsun, heç bir vətəndaşımızın belə rəftara məruz qalmasını qəbul edə bilmərik”, - deyə Özəl qeyd edib.

Yeni Partiyanın başqanı səlahiyyətli qurumları saxlanılan Türkiyə vətəndaşlarının dərhal azad edilməsi və bu qanunsuz müdaxiləyə görə məsul şəxslərin cəzalandırılması üçün zəruri diplomatik addımlar atmağa, qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.

Özgür Özəl “Beşiktaş” klubunun və azarkeşlərinin yanında olduqlarını da bildirib.

T. İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью