Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Özgür Özel Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Parlament Qrupunun sədri seçilib.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə partiyanın qərargahında keçirilən toplantında seçki keçirilib.
Nəticədə Özel partiyanın Parlament Qrupunun sədri seçilib.
Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq başçısı Kamal Kılıçdaroğlu vəzifəsinə müvəqqəti olaraq qaytarılıb.