Özgür Özələ YENİ RƏQİB

04.04.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Aprelin 6-da Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayı keçiriləcək. Partiyanın hazırkı sədri Özgür Özəlin yenidən sədr postuna namizəd olacağı gözlənilir.

Modern.az xəbər verir ki, daha bir nəfər CHP sədri postuna namizədliyini irəli sürüb.

Antalyanın Muratpaşa rayon bələdiyyə başqanı Ümit Uysal aprelin 6-da keçiriləcək fövqəladə qurultayda partiya sədrliyinə namizəd olduğunu açıqlayıb. 

O, namizədlik qərarını sosial media hesabından elan edib.

Qeyd edək ki, Uysal İstanbul bələdiyyəsinin həbsdə olan sədri Ekrem İmamoğlunun yaxın adamlarından hesab edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью