Özgür Özelə yeni rəqib: daha bir məşhur namizədliyini açıqladı

05.04.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Türkiyədə CHP (Cümhuriyyət Xalq Partiyası) sədri postuna daha bir namizəd iddia edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Türkiyəd mediasında yer alıb.

Sabiq millət vəkili Berhan Şimşək namizədliyini rəsmən açıqlayıb. Şimşək keçmiş CHP lideri Kamal Kılıçdaroğluna yaxınlığı ilə tanınır. O, bir müddət kino aktyoru və rejissoru olub.

Qeyd edək ki, sabah partiya fövqəladə qurultay keçirəcək. Qurultay çərçivəsində partiyanın yeni sədri seçiləcək. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlunun da tədbirdə iştirak edəcəyi gözlənilir.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью