Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 8-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və ona Zəfər bayramı təbriklərini çatdırıb.CHP-nin təhlükəsiz məsələləri üzrə sədr müavini, admiral Yankı Bağcıoğlu Modern.az saytına açıqlamasında Özgür Özelin Azərbaycan Prezidentinə zəngi və Bakıya gözlənilən sədəri barədə danışıb.Yankı Bağcıoğlu əməkdaşımızla söhbətdə öncə Azərbaycanın 8 Noyabr - Zəfər Günü bayramını təbrik edib, şəhidlərimizə rəhmət diləyib: “Düz 4 il əvvəl Azərbaycan Ordusu böyük qələbə qazanaraq, Qarbağı erməni işğalından xilas etdi.
44 gün davam edən çətin mücadilədə Azərbaycan əsgərləri ağılasığmaz qəhrəmanlıqlar göstərərək, 300-dən artıq yaşayış məntəqəsini azadlığa qovuşdurdu.
Bu, 30 illik hərbi hazırlığın nəticəsiydi. Azərbaycan Ordusu müharibənin bütün sahələrində yüksək səviyyədə rəşadət göstərib.
Şuşanın işğaldan azad olunması tarixə qəhrəmanlıq dastanı olaraq düşəcək.
Azərbaycan əsgərinin Şuşanın sıldırım qayalıqlarına düşmən təhdidi altında dırmaşması xüsusi təyinatlı qüvvələrin adını hərb tarixinə qızıl hərflərlə yazdırdı.
Unudulmamalıdır ki, Qafqaz bölgəsinin rahatlığı və stabilliyi can Azərbaycanın əmin-amanlığından asıldır.
Bu zəfərin Azərbaycana olduğu qədər Cənubi Qafqaz regionunda da müsbət təzahürləri olub”.