Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə CHP-dən ayrlan Özgür Özəl tərəfindən yaradılmış Yeni Partiyanın Manisa şöbəsinin təsisçisi və sədri İlksen Özalper həbs edilib.
“Cebheinfo.az”-ın məlumatına görə, xanım Özalper Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində mənfəət əldə etmək məqsədilə cinayətkar qrup yaratmaq və rüşvətxorluq ittihamları ilə məsuliyyətə cəlb edilib.
İstintaq işdən çıxarılan Uşak bələdiyyə sədri Özkan Yalımın ifadəsini, həmçinin cinayət fəaliyyəti yolu ilə gəlirlərin araşdırılması üzrə komissiyanın hesabatlarını və Telefon Transkripsiyası Xidmətinin məlumatlarını əsas götürüb.
Manisa Bələdiyyə Məclisinin üzvü Demirhan Gözakan və onun sürücüsü də eyni iş üzrə də həbs ediliblər.
Yeni Partiyanın rəhbərliyi qərarı qətiyyətlə pisləyib.
Adana millət vəkili Burhanəddin Bulut həbsin qanunsuz və siyasi motivli olduğunu bildirərək bunun müxalifəti susdurmaq cəhdi olduğunu bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin