Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Arsenal"ın baş məşqçisi mənimlə şəxsən görüşmüşdü".
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya millisinin sabiq üzvü Mesut Özil deyib:
“2010-cu ildə məni PSJ və həmçinin “Bayern” istəyirdi. Arsen Venger də (“Arsenal”ın sabiq baş məşqçisi) mənimlə şəxsən görüşüb, amma mən ona artıq “Real”ı seçdiyimi dedim. Lakin sonradan yenə də görüşdük”.
Məsut Özil 2010-cu ilin avqustunda “Verder”dən “Real”a keçib. O, Madrid klubunun heyətində 159 oyun keçirib, 27 qol vurub və 81 məhsuldar ötürmə edib. Sabiq futbolçu “Şalke”, ”Arsenal”, “Fənərbaxça” və “Başakşehir”də də forma geyinib.