Özildən “Beşiktaş” azarkeşlərinə dəstək

28.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mesut Özil Fələstin bayraqları və plakatları açan "Beşiktaş" azarkeşləri ilə gürcü polisi arasında baş verən qarşıdurmaya münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, sabiq futbolçu azarkeşlərin mövqeyini dəstəkləyib:

"Gürcüstanda Fələstin xalqının azadlıq mübarizəsinə dəstək verən "Beşiktaş" azarkeşlərinə qarşı polis müdaxiləsini qınayıram. Fələstində baş verən haqsızlıqlara səssiz qalmayan və bütün bəşəriyyətin ortaq vicdanına səslənən şəxslərin bu mənalı mövqeyinə görə təbrik edirəm. Polis müdaxiləsinə məruz qalan bütün azarkeşlərə keçmiş olsun diləklərimi çatdırıram". İnternet mağaza

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью