Özləri ilə ABŞ a 300 kiloqram balıq, 6 min portağal aparıblar

11.06.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Özləri ilə ABŞ-a 300 kiloqram balıq, 6 min portağal aparıblar

Norveç millisi DÇ-2026 üçün ABŞ-a qeyri-adi yüklə yollanıb.

QOL.az bu barədə Norveç mənbələrinə istinadən xəbər verir. 

Skandinaviya təmsilçisi futbolçuların qidalanma rejimini qorumaq məqsədilə özü ilə 300 kiloqram balıq, 116 kiloqram məşhur Norveç qəhvəyi pendiri və 6 min portağal aparıb.

Məlumata görə, milli komandanın məşqçilər korpusu və dietoloqları mundial ərzində futbolçuların öyrəşdikləri qida rasionundan uzaq düşməməsini vacib hesab edirlər.

Norveç millisinin nümayəndələri hesab edirlər ki, düzgün qidalanma uzunmüddətli turnirlərdə futbolçuların fiziki hazırlığı və bərpası baxımından mühüm rol oynayır.

Bu səbəbdən komanda ABŞ-da olacağı müddətdə əsas qida məhsullarını özü ilə aparmağa üstünlük verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью