Özləri ölkədə yoxdursa qohumları çağırılır Hərbi xidmətlə bağlı vacib AÇIQLAMA

28.01.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Hər üç ildən bir hərbi qeydiyyat və ya tibbi yoxlanış üçün çağırış məsələsi vətəndaşlar arasında suallar doğurmağa davam edir. Xüsusilə ölkə xaricində olan şəxslər bu proseslə bağlı qeyri-müəyyənliklə üzləşirlər. Xaricdə təhsil alan, çalışan və ya müvəqqəti yaşayan gənclər qeydiyyat prosedurlarının necə tənzimləndiyi ilə maraqlanırlar. Bu çağırışlar müəyyən yaş hədləri və qanunvericilik tələbləri əsasında həyata keçirilir. Ölkə xaricində olan vətəndaşların fiziki olaraq çağırış zamanı iştirak edə bilməməsi isə praktiki çətinliklər yaradır. Bir çox hallarda şəxslər geri dönüş tarixlərini əsas gətirərək vəziyyətin necə həll olunacağını öyrənməyə çalışırlar. Mövzu xüsusilə çağırış yaşında olan gənclər üçün аktuallığını qoruyur.
Bu barədə hərbi ekspert Heydər Mirzə Demokrat.az-a açıqlamasında deyib ki, yerli və rayon səviyyəsində fəaliyyət göstərən çağırış idarələrində xaricdə olan vətəndaşlarla bağlı uçot aparılır:
“Yəni həmin şəxslər sistemdə qeydiyyatda olur. Məsələn, üç ildən bir yenidən qeydiyyat və ya yoxlama aparılırsa, bu zaman kimsə dörd illik bakalavriat təhsilinə gedibsə və ya iki illik proqramda oxuyursa, bu məlumatlar nəzərə alınır. Ən çox baş verən hallar xaricdə bakalavriat və magistratura təhsili alan tələbələrlə bağlı olub. Çağırış idarələrinin xaricdə olan vətəndaşlardan xəbəri olur. Hətta belə hallarda həmin şəxslərin özü yox, onların qohumları çağırılıb. Yəni əlaqə birbaşa yoxdursa, qohumlar vasitəsilə məlumat ötürülür. Məsələn, evə çağırış vərəqəsi gələndə, bu adam çox vaxt tək yaşamır. Azərbaycanda gənclərin əksəriyyəti valideynləri və ya ailə üzvləri ilə birlikdə yaşayır.
Bu səbəbdən çağırış idarələri ailə üzvləri vasitəsilə həmin şəxslərlə əlaqə saxlaya bilirlər. Bu da onu göstərir ki, xaricdə olan vətəndaşlarla bağlı məlumatlar sistemli şəkildə izlənilir və nəzarətdə saxlanılır”, - ekspert fikrini yekunlaşdırıb.
Leyla Turan 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью