Ozobiç 30cudur

16.12.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi”nin futbolçusu Filip Ozobiç Azərbaycan çempionatlarında 60-cı qolu vurub.

QOL.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 17-ci turunun “Kəpəz”lə ev oyununa (2:1) təsadüf edib.

O, ölkə çempionatlarındakı 180-ci matçında buna nail olub. Filipin orta məhsuldarlığı 0,33-ə bərabərdir. O, “Qəbələ”də 16, “Qarabağ”da 35, “Neftçi”də 9 dəfə fərqlənib.

Ozobiç Azərbaycan çempionatları tarixində 60 və ya daha çox qol vuran 30-cu futbolçu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью