Ozobiç “Neftçi”dən gedir? açıqlama

24.11.2024

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçin "Neftçi"dən ayrılacağı ilə bağlı xəbərlər yayılıb.
Bunu dəqiqləşdirmək üçün paytaxt klubunun mətbuat katibi Asəf Zeynallı ilə əlaqə saxladıq:

“Ozobiç komanda ilə birgə məşqdədi, qarşıdakı oyuna hazırlaşır. Yayılan xəbərlərin doğruluq payı yoxdu”.


Xatırladaq ki, 33 yaşlı yarımmüdafiəçinin "Neftçi" ilə müqavilə müddəti gələn il iyunun 30-na qədərdi.
AYGÜN MİRZƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью