Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... Mətbuat katibi maaşla bağlı sualdan yayındı

29.01.2026

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri  Anar Rzayevin ayda 19 min 500 manat maaş aldığı barədə məlumat yayılıb.

Ölkə əhalisinin sosial problemlərin içində yaşadığı bir yerdə Anar Rzayevin təxminən 20 min manat maaş alması sosial şəbəkələrdə insanların etirazları ilə qarşılanıb.

Yeri gəlmişkən, Gununsesi.info-nun araşdırmasına görə, Anar Rzayevin AYNA-da rəhbərliyi ilə adi işçilər arasında yaratdığı maaş fərqinin 20 dəfədən çox olduğu məlumdur.

Belə ki, Anar Rzayevin müavinləri 10-15 min, şöbə rəhbərləri 7-10 min manat maaş aldığı halda, paytaxt küçələrindəki parkinlərdə saatlarla ayaqüstü xidmət keçən işçilər 500-600 manata çalışır.

Adının çəkilməsini istəməyən AYNA əməkdaşlarından biri deyir ki, hava şəraitinin kəskin keçdiyi ötən həftə ərzində paytaxt küçələrində çalışan onlarla işçi soyuqdəyməyə yoluxub.

Qarlı hava şəraitində xidmət keçən parkinq əməkdaşları üçün gözətçi məntəqələrini  qurmaq təşəbbüsləri də dəstəklənməyib.

İsti kabinetdə əyləşib 20 min manat maaş alan Anar Rzayev çovğunlu Bakı küçələrində saatlarla ayaqüstə xidmət keçən sıravi işçilərinə 500 manat maaş yazması dözülməz ədalətsizlikdir.

AYNA-nın mətbuat katibi Tural Orucov məsələ ilə bağlı sualından yayınıb.

AYNA sözçüsünün bu davranışı isə həm Konstitusiya,  həm Media haqqında, həm də İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulmasıdır.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью