Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
“Real”ın fransalı hücumçusu Kilian Mbappe idealının, örnək götürdüyü oyunçunun adını açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, ulduz futbolçu bu barədə "Movistar"a verdiyi müsahibədə danışıb.
O, kumirinin portuqaliyalı ulduz Kriştiano Ronaldo olduğunu deyib:
"40 yaşlı hücumçu mənim üçün həmişə örnəkdi. Ronaldo həmişə mənim üçün nümunə və ideal olub. Onunla ünsiyyətim olduğuna görə şanslıyam, mənə məsləhət verir və kömək edir. Nömrə bir olan Kriştiano "Real" üçün etalondu. İnsanlar hələ də onu xatırlayır və onun haqqında danışır”.
Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubunda oynayır. Bundan əvvəl isə “Mançester Yunayted”, “Yuventus”, “Real” və “Sportinq”də çıxış edib.