Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Uşaqlarda nitq inkişafı ilə bağlı problemlər valideynlərin tez-tez qarşılaşdığı məsələlərdən biridir. Lakin bəzi hallarda valideynlər “uşaq böyüyəndə özü danışacaq” düşüncəsi ilə loqopedə müraciəti gecikdirirlər. Nitq yalnız danışıq bacarığı deyil, eyni zamanda uşağın özünü ifadə etməsi, ətrafdakılarla ünsiyyət qurması, öyrənməsi və sosial münasibətlər formalaşdırması üçün əsas vasitələrdən biridir. Buna görə də erkən yaşlarda yaranan nitq problemlərinin səbəblərinin müəyyən edilməsi və düzgün istiqamətdə dəstək göstərilməsi mühüm əhəmiyyət daşıyır.
Bəs valideynlərin uşaqlarda nitq gecikməsinə bəzən “böyüyəndə özü düzələr” yanaşması ilə baxması hansı risklər yarada bilər? Nitq inkişafında hansı əlamətlər zamanı mütləq mütəxəssisə müraciət etmək lazımdır və erkən müdaxilənin uşağın gələcək təhsilinə, sosiallaşmasına və psixoloji inkişafına təsiri necə olur?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında loqoped, psixoloq, kəkələmə mütəxəssisi Günel Fərzəliyeva bildirib ki, bu fikir cəmiyyətdə ən çox rast gəlinən yanlış yanaşmalardan biridir.
Onun sözlərinə görə, hər uşağın inkişaf tempi fərqli ola bilər:
“Lakin nitq inkişafında nəzərəçarpacaq gecikmə müşahidə olunursa, bunu “zamanla keçər” düşüncəsi ilə gözləmək doğru deyil. Erkən yaşlarda nitq və ünsiyyət bacarıqları uşağın ümumi inkişafının əsas sütunlarından biridir. Vaxtında müdaxilə edilmədikdə uşaq məktəbə hazırlaşarkən oxuma, yazma, anlama və fikrini ifadə etmə sahələrində çətinliklərlə qarşılaşa bilər. Bu isə tədris prosesinə uyğunlaşmanı çətinləşdirir və akademik nailiyyətlərə mənfi təsir göstərir. Sosial baxımdan isə nitq çətinliyi yaşayan uşaqlar yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkə, oyunlara qoşulmaqdan çəkinə və zamanla özünəinam itkisi yaşaya bilərlər. Bəzi hallarda bu vəziyyət özünəqapanma, davranış problemləri və emosional gərginliklə nəticələnə bilər.
Ən vacib məqamlardan biri odur ki, erkən diaqnostika və düzgün korreksiya ilə bir çox nitq pozuntusunun aradan qaldırılması və ya əhəmiyyətli dərəcədə yaxşılaşdırılması mümkündür. Buna görə valideynlərə tövsiyəmiz odur ki, uşağın nitq inkişafı ilə bağlı hər hansı narahatlıq müşahidə etdikdə gözləmək əvəzinə mütləq mütəxəssisə müraciət etsinlər. Erkən atılan addım uşağın gələcək təhsilinə, sosial həyatına və psixoloji rifahına qoyulan ən dəyərli investisiyadır”, - deyə Günel Fərzəliyeva fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Bəs valideynlərin uşaqlarda nitq gecikməsinə bəzən “böyüyəndə özü düzələr” yanaşması ilə baxması hansı risklər yarada bilər? Nitq inkişafında hansı əlamətlər zamanı mütləq mütəxəssisə müraciət etmək lazımdır və erkən müdaxilənin uşağın gələcək təhsilinə, sosiallaşmasına və psixoloji inkişafına təsiri necə olur?