Özü ilə indicə danışdım, dedi ki... Rəşad Məcid Anarın vəziyyətindən danışdı

17.11.2025

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu geniş müzakirələrə səbəb olub. Yayılmış görüntülərdən sonra bir çoxları onun səhhəti ilə bağlı narahatlığını ifadə edib.

Kulis.az xəbər verir ki, Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid sosial media hesabında məsələ ilə bağlı açıqlama yayıb.

O, Xalq yazıçısının vəziyyətinin ağır olmadığını bildirib:

"Özü ilə indicə danışdım, dedi ki, bir müddət əvvəl ayağım ağrıyanda klinikaya gedəndə çəkilib. Səfərlərdə olarkən İstanbulun uzun aeroportunda hava alanının bu xidmətindən ara-sıra istifadə edib Anar. Özünün dediyinə görə qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb.

Anar müəllim bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib Anar müəllimə şəkil çəkdirə bilərlər!

Allah Anar müəllimə cansağlığı, sağlam ömür versin, yazıb-yaratmaq şövqü heç zaman tükənməsin!"

Müharibələrdən süni intellektə - X, Y, Z və Alfa nəsilləri kimlərə aid edilir? Dövlət Mahnı Teatrından “Qarabağ çalarları” Azərbaycan uşaq ədəbiyyatı İranda
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью