Özü ölümdən döndü, atını sel apardı VİDEO

15.04.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndində Poladauri çayının səviyyəsinin artması səbəbilə kənd sakinlərindən biri çətin anlar yaşayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, azərbaycanlı kənd sakini at arabası ilə çayı keçməyə çalışarkən ölüm təhlükəsi ilə üz-üzə qalır.

Kişi son anda sağ qalmağı bacarsa da, atını sel aparır./“Qafqazinfo”

Həmin görüntüləri təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью