Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29.01.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbayacan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin ayda 19 min 500 manat maaş alması barədə məlumatlar birmənalı qarşılanmayıb. 

Ölkə əhalisinin sosial problemlər məngənəsində yaşadığı bir məqamda Anar Rzayevin 20 min manata yaxın maaş alması  insanların sosial şəbəkələrdə etirazı ilə qarşılanıb.

Bu arada Gununsesi.info-nun araşdırması zamanı məlum ki, Anar Rzayevin AYNA-dakı rəhbərliklə sıravi işçi arasında yaratdığı maaş fərqi 20 dəfədən çoxdur.

Belə ki, Anar Rzayevin müavinləri 10-15 min, şöbə rəhbərləri 7-10 min manat maaş aldığı halda, paytaxt küçələrindəki parkinlərdə saatlarla ayaqüstü xidmət keçən işçilər 500-600 manata çalışır.

Adının çəkilməsini istəməyən AYNA əməkdaşlarından biri deyir ki, hava şəraitinin kəskin keçdiyi ötən həftə ərzində paytaxt küçələrində çalışan onlarla işçi soyuqdəyməyə yoluxub.

Qarlı hava şəraitində xidmət keçən parkinq əməkdaşları üçün gözətçi məntəqələrini  qurmaq təşəbbüsləri də dəstəklənməyib.

İsti kabinetdə əyləşib 20 min manat maaş alan Anar Rzayev çovğunlu Bakı küçələrində saatlarla ayaqüstə xidmət keçən sıravi işçilərinə 500 manat maaş yazması dözülməz ədalətsizlikdir.

AYNA-nın mətbuat katibi Tural Orucov Gununsesi.info-nun məsələ ilə bağlı sualından yayınıb.

AYNA sözçüsünün bu davranışı isə həm Konstitusiya,  həm Media haqqında, həm də İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulmasıdır.

Firuzə Mahmudova 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью