Özü yıxılan ağlamaz, Coşqun!

21.05.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Coşqun Diniyevin qışda ayrıldığı komanda – “Bandırmaspor” Türkiyə superliqasına vəsiqənin biraddımlığındadı.

Belə ki, komanda yarımfinalın ilk oyununda səfərdə Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Boluspor”u darmadağın edib – 4:1. Mözücə baş verməsə, bandırmalılar superliqaya vəsiqə uğrunda “Karagümrük”lə final oyununa çıxacaqlar. Coşqunun qışda “Bandırmaspor”u atıb qoşulduğu “Çorum” isə mövsümü 54 xalla 10-cu pillədə başa vurdu – heç pley-off zonasına yaxınlaşa bilmədi.
Coşqun “Çorum”a keçəndə biz bunun düzgün seçim olmadığını, “Bandırmaspor”un daha iddialı olduğunu demişdik. 29 yaşlım futbolçu da, yəqin ki, indi həmin qərara görə peşmandı. Sonrakı peşmançılıq isə heç vaxt fayda verməyib.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью