“Özüm futbolçulardan güc alıram” Elmar Baxşıyev

29.11.2024

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Araz-Naxçıvan” Misli premyer-liqasının 15-ci turunda “Turan Tovuz”a minimal hesabla qalib gəldi.

“Football-plus.az” xəbər verir ki, naxçıvanlıların baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
- Ağır oyun alındı. Bilirdik ki, kimə qarşı oynayacağıq. "Turan Tovuz" bu mövsüm iddialıdı, meydanda yaxşı işlər görür. Komandanı çətin oyuna hazırlamışdıq. Şükürlər olsun ki, istədiyimizə nail olduq. Yolumuza davam edirik.
- Xal fərqini bir qədər də artırdız. Turnir cədvəlində rahatlıq olacaqmı?
- İlk turdan komandanın üzərində gərginlik yoxdu. İşimizi stressdən uzaq etməyə çalışırıq. Keyfiyyətli komandamız var. Futbolçular daha məzmunlu oynamağa çalışır.
- "Araz-Naxçıvan" birinci liqada oynayanda baş məşqçi Əsgər Abdullayev idi. Azarkeşlər ona deyirdilər ki, “1:0 olsun, bizim olsun” prinsipindən vaz keçin. Sizdə də belədi. Bu məqam sizi narahat etmir?
- Jurnalistlərdə belə fikir formalaşıb ki, "Araz-Naxçıvan" həmin prizmadan yanaşır. Amma hər oyunda 6-7 epizoda giririk, dəyərləndirmədə axsamalar var. Komanda şəklində məşqlərdə işlədiyimiz elementləri oyunda görürük. Qarşıdakı matçlarda hücum planında daha kreativ ola bilərik.
- Bazar günü "Neftçi" - "Qarabağ" matçı var. Hansı nəticənin qeydə alınmasını istəyirsiz?
- Daha çox öz komandamıza köklənmişik. Futbolçulara da deyirəm ki, daha çox özümüzü düşünək. Bizim üçün hər oyun derbidi.
- Bu mövsüm Kurban Berdiyevi artıq iki dəfə məğlub etmisiz. Təcrübəli mütəxəssisi məğlub etməyiniz özünəinam verirmi?
- Özüm futbolçulardan güc alıram. Məşq prosesində enerjini komandadan alıram. Onlar mənə güc verir. Biz də qarşılıqlı şəkildə onlara qaytarırıq.
ƏSƏD SEYİDOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью