Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Xəbər verdiyimiz kimi, aparıcı İlham Mirzəyev infarkt keçirib və əməliyyat olunub.
Aparıcı Axşam.az-a açıqlamasında səhhəti ilə bağlı danışıb. O, ürəyinə stent qoyulduğunu və vaxtında xəstəxanaya çatdırılmasının həyatını xilas etdiyini deyib.
"Allah üzümə baxdı, həkimə vaxtında gəldim. 65 yaşım var, hələ belə ağrı görməmişdim. Sinəm yanırdı, boğulurdum, nəfəs ala bilmirdim. Tez təcili yardım çağırdılar, məni həkimə çatdırdılar. Yolda mənə bütün müdaxilə olundu. Xəstəxanaya gəldim, həmin an əməliyyata saldılar. Ürəyimə stent qoydular. İnfarkt keçirmişdim, qarşısı alındı" deyə, İlham Mirzəyev bildirib.
Aparıcı infarktın səbəblərindən danışaraq son dövrlərdə yaşadığı hadisələrin ona təsir etdiyini vurğulayıb:
"Birdən-birə heç nə olmur. Həyatda olanlar, yaşadıqların iz buraxır. Yaşadığın mənfilər, xoşagəlməyənlər daxilimizdə yığılır. Özümə baxan adamam, amma bir ilə yaxındır həkimə getmirdim. Bilmirdim ürək ağrısı nədir. Arada dərman içirdim. Birdən-birə infarkt keçirməyimə şok oldum".
İlham Mirzəyev onu sevən insanların dualarının da bu çətin günlərdə ona güc verdiyini deyib:
"İnsanların gözəl duaları məni həyatda saxladı. Hələ xəstəxanadayam. Sabah evə gedəcəyəm. Çox qalmaq istəmirəm".
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Aparıcı Axşam.az-a açıqlamasında səhhəti ilə bağlı danışıb. O, ürəyinə stent qoyulduğunu və vaxtında xəstəxanaya çatdırılmasının həyatını xilas etdiyini deyib.