Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniya millisinin və "Real"ın müdafiəçisi Mark Kukurelya "Qızıl Top" üçün səsvermə ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, mükafat üçün 30 namizəd siyahısına daxil edilən futbolçu etiraf edib ki, imkanı olsaydı, səsini özünə verərdi:
"Əgər səs verməli olsaydım, özümə səs verərdim. Bütün namizədlər komanda yoldaşlarımdır. Qoy ən güclü qalib gəlsin. Bunu səsvermə hüququ olanların ixtiyarına buraxıram. Bəlkə də, mənə də nəsə düşər, çünki biz birlikdə oynayırıq".
Qeyd edək ki, "Qızıl Top"un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Nüfuzlu fərdi mükafatın əsas namizədləri "Bavariya"nın hücumçusu Harri Kеyn və "Barselona"nın cinah oyunçusu Lamin Yamal hesab olunurlar.
saytlarin hazirlanmasi