“Özümlə yarışıram, Ronaldo ilə yox”

14.08.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Əl Əhli”nin futbolçusu Ayvan Toni açıqlama verib.

Futbolpress.az xəbər verir ki, hücumçu qol sayında “Əl Nəsr”in Kriştiano Ronaldoya çatmaq istəyib-istəməyəcəyi haqda danışıb:

“Daha çox qol vurmaq istəyirəm. Amma açığı, özümlə yarışıram, Ronaldo ilə yox. Başqalarının nə etdiyinə baxmıram. Ronaldo əla oyunçudur, amma mən diqqətimi özümə verəcəyəm və bacardığım ən yaxşı şeyi edəcəyəm”.

Toni bu mövsüm 10 oyunda 4 qol vurub. Onun klubla sözləşməsi 2028-ci ilin yayına kimidir.

Ronaldo “Əl Nəsr”lə 7 oyunda 6 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью