Özümü heç fikirləşmirəm, əsas Arif Babayevdir

21.02.2025

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

"1967-ci ildə ailə qurmuşuq. Artıq 58 ildir ki, Arif müəllimlə ailəliyik. Tələbəli zaman-zaman gəlib, baş çəkirlər. Hətta Xankəndində dərs deyən tələbələri də gəlib, Arif müəllimlə görüşürlər. Onu yaddan çıxartmırlar".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Arif Babayevin həyat yoldaşı Gültəkin xanım Qonaqcanlı verilişinə müsahibəsində deyib. O, ötən gün 87 yaşı tamam olan xanəndədən, ailəsindən danışıb:

"Arif müəllimə deyirlər ki, səni həm dövlətimiz, həm də millətimiz çox istəyir. Arif adında nəvəmiz var. Hazırda o Londonda təhsil alır. Digər nəvəmiz isə Ankarada oxuyur. Onlar Bakıya gələn kimi birinci bizimlə görüşürlər.

Özümü heç fikirləşmirəm. Arif müəllim sağ olsun, nəfəsi əskik olmasın".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью