Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mançester Siti”nin və Argentina millisinin sabiq futbolçusu Serxio Aquero açıqlama verib.
Futbolpress.az xəbər verir ki, keçmiş hücumçu məşqçi olmaq istəmədiyini deyib:
“Bir neçə dəfə demişəm, özümü məşqçi kimi təsəvvür edə bilmirəm. Bu, çox hazırlıq tələb edən və məsuliyyətli işdir. Bəlkə, gələcəkdə “Mançester Siti”də hansısa rolda olaram, amma məşqçi olmağı düşünmürəm”.
Aquero karyerası ərzində “Atletiko”, “Mançester Siti”, “Barselona”da çıxış edib.