Özümü millətimə əmanət edirəm İmamoğlundan ilk açıqlama (VİDEO)

19.03.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Səhər saatlarında evində polislər tərəfindən saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlundan ilk açıqlama gəlib. 

"Unikal" xəbər verir ki, onun bu paylaşımı sosial şəbəkə hesabında yer alıb. 

İmamoğlu, "Hamınızı çox sevirəm, özümü millətimə əmanət edirəm. Hər kəs bilsin ki, dik duracağam. Mübarizəmi davam etdirəcəyəm. Qapıya yüzlərlə polis gəldi. Mən özümü 16 milyon yox (İstanbul əhalisinin sayı, -red.), 86 milyon insana və bütün dünyada bu zülmü törədən müqavimətə etibar edirəm!", - deyib.

Gülayə Mecid   


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью