Özümü odlara toxuyum yenə... Günün şeiri

05.05.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Bu gün Xalq şairi Fikrət Qocanın anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Yaş o yaş deyil" şeirini təqdim edir.

Sən mənim ən əziz sirrim, istəyim,
Sən mənim ən acı həqiqətimsən.
İtmiş gəncliyimdən soraq gətirən
Sən mənim sonuncu məhəbbətimsən.

Yaş o yaş deyil ki, yolunu kəsim,
Yaş o yaş deyil ki, açım qəlbimi.
Təzədən başlayım, danışım, küsüm
On yeddi yaşında cavanlar kimi.

Yaş o yaş deyil ki, səni izləyim,
Özümü odlara toxuyum yenə.
Durub saatlarla vədə gözləyim,
Görənlər, bilənlər nə deyər mənə.

Səni hər görəndə çaşıram düzü,
Hamı mənə baxıb gülür elə bil.
Dilimi dişləyib demirəm sözü –
Yaş o yaş deyil ki… heyif ki, deyil.

Pikassonun məşhur tablosu siyasi gərginlik yaratdı Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi? Xalq artisti Ramiz Həsənoğlunun 80 illik yubileyi keçirildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью